Toyota Safety Sense texnologiyası potensial təhlükəli vəziyyətləri nəzarətdə saxlamağa və özünüzün və sərnişinlərinizin təhlükəsizliyini təmin etməyə kömək edir: Toqquşmanın qarşısını alan funksiya qarşıdakı avtomobilləri aşkar etmək üçün kamera və lazer sensorlarından istifadə edir və toqquşmaların aradan qaldırılması, yaxud nəticələrinin azaldılmasına kömək edir; Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası avtomobil təsadüfən hərəkət zolağından çıxdığı halda sizə xəbərdarlıq edir; Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası avtomobilin gecə vaxtı daha təhlükəsiz şəkildə idarə edilməsi üçün işıqları dəyişir; və Adaptiv Kruiz Kontrol sistemi sizi qarşıdakı nəqliyyat vasitəsindən əvvəlcədən müəyyən edilmiş minimum məsafədə saxlayır.