Amortizatorlar zamanla aşınır və əvəzlənməyə ehtiyac duyur. Aşağıda bu aşınmanın müəyyən əlamətləri qeyd edilir:
- Narahat sürmə
- Çuxur və ya qabarıq səthlərdən sonra sıçrama
- İdarəetməyə zəif nəzarət
- Təkərlər tez aşınır
- Daha uzun dayanma məsafələri
Effektiv amortizatorlar Toyotanızda kələ-kötür hərəkətdən yayınmağa kömək edir, lakin onlar həm də hərəkətin təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyır.
Bizim orijinal Toyota Amortizatorları daha yaxşı, uzunmüddətli performans göstərərək daha rahat yürüşə imkan yaradır. Təhlükəsiz sürmənin təmin edilməsi məqsədilə amortizatorların mütəmadi olaraq Toyotanın Səlahiyyətli Təmirçisi tərəfindən yoxlandığından əmin olun.