Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Bizimlə əlaqə

Toyota Şüşətəmizləyicilər

Daha təhlükəsiz səyahət üçün yolunuzu təmizləyir

Ətrafınızdakıları görməyə gəldikdə isə istər şəhərkənarı mənzərəni seyr edərkən, istərsə də önünüzdəki avtomobilə nəzər yetirərkən, kristal kimi təmiz şüşələr lüksdən daha artığını ifadə edir, onlar sizin Toyotanızı təhlükəsiz şəkildə idarə etməyiniz üçün həyati əhəmiyyətlidir.

Bizim orijinal Toyota şüşətəmizləyicilər sizə hər zaman, hətta ən yağışlı günlərdə belə aydın görüntü təmin etmək üçün ən yüksək keyfiyyətdə hazırlanmışdır. Toyota şüşətəmizləyicilərini seçməyin faydaları:
/
Ən yüksək keyfiyyət

Cırılmaya qarşı müqavimətli çevik, uzunmüddətli rezin.
Şüşə ilə təmasda olan mikro-ucluq boyu zədəyə qarşı müqavimətli.
İstilik və aqressiv kimyəvi maddələrin təsirinə məruz qalmır.
/
Dizaynda təhlükəsizlik
Suyu rəqiblərindən 1 saniyəyədək daha tez müddətdə kənarlaşdırır.
Artırılmış görüntü qabiliyyəti sizin təhlükəsizliyinizdə ciddi fərq təşkil edə bilər.
/
Səssiz işləmə
Virtual səssizlikdə işləyir.
Sürmə təcrübəsini gücləndirir.
/
Daha uzun müddətli
Alın şüşəsinin hər silinməsində effektiv çalışır.
Yağışlı günlərdə şüşətəmizləyicilər saatda 7,200 dəfə silə bilirlər.
Orijinal Toyota Şüşətəmizləyici çeşidləri
Biz özündə ən son texnologiyanı və tendensiyaları birləşdirən yeni tip şüşətəmizləyicilər işləyib hazırladıq. Onlar mümkün olan ən həzzverici sürmə təcrübəsi yaşadırlar.
STANDART ŞÜŞƏTƏMİZLƏYİCİ
/
Optimal təzyiq paylanması üçün müasir təmizləmə texnologiyasından istifadə edir.
Stilizə edilmiş spoyler şüşəsiləni qoruyur və onun performansını artırır.
Universal birləşdirici geniş çeşid təmizləyicilərin qollarına uyğun gəlir
Təzyiqin bərabər paylanması üçün iki nöqtəli dizaynlı eksklüziv birləşdirici.
Ənənəvi "qarmaq" tipli şüşətəmizləyicilərə yenilənmə kimi də istifadə edilə bilər.
350 -700mm uzunluqda mövcuddur.
UNI ŞÜŞƏTƏMİZLƏYİCİ
/
İncə, qeyri-simmetrik dizayn, alçaq şüşəsilən hündürlüyü, müasir görünüş üçün inteqrə edilmiş spoyler və birləşdirici.
Yüksək müqavimətli, stilizə edilmiş spoyler şüşəsiləni qoruyur və onun performansını artırır.
Müasir təmizləmə texnologiyasından və optimal təzyiq paylanması üçün sonsuz təzyiq nöqtələrindən istifadə edir.
Yağa, kimyəvi maddələrə, yol örtüyünə, palçığa, quma, donma temperaturlarına, tropik istiliyə və yuyucu vasitələrə qarşı müqavimətlidir.
Toyota Keyfiyyət Standartlarına uyğunluq üzrə sınaqdan keçirilərək təsdiq edilmişdir.
Ənənəvi şüşətəmizləyicilərə yenilik kimi istifadə edilə bilər
350 -700mm uzunluqda mövcuddur.
DÜZ ŞÜŞƏTƏMİZLƏYİCİ
/
İnteqrə edilmiş metal sütun təzyiqin optimal paylanmasını, təmizləmə keyfiyyətini və davamlılığı təmin edir
Donmaya qarşı daha güclü müqavimət üçün heç bir metal üst konstruksiya yoxdur.
Daha yaxşı aerodinamik performans üçün inteqrə edilmiş spoyler.
Sintetik kauçuk birləşməsi optimal təmizləmə keyfiyyətini və cırılmaya qarşı artırılmış müqaviməti təmin edir.
Ənənəvi təmizləyicilərə gücləndirilmiş görünüş üçün kompakt dizayn.
İnteqrə edilmiş adaptor aşağı profilli dizayn və asan quraşdırmaya imkan verir.
Şüşətəmizləyicilərin əvəzlənməsi
Yolunu bildiyiniz halda şüşətəmizləyicilərin əvəzlənməsi sadədir, odur ki, şüşətəmizləyiciləriniz istifadə müddətini başa vurduqda etməli olduğunuz tədbirlər aşağıdakılardır:
ZOLAQLILIQ
/
Problem:
Şüşətəmizləyicinin üzərində kənar cisimlər və ya mikro-ucluğun aşınması nəticəsində şüşənin üzərində silinməmiş xətlər yaranır.
Həll yolu:
Şüşətəmizləyicilərin uclarını təmizləyin, təsiri olmadıqda yeni şüşətəmizləyiciləri quraşdırın.
SIÇRAMA
/
problem:
Şüşətəmizləyicilər şüşə üzərində çirk, kimyəvi cisimlər və şüşətəmizləyicinin rezininin deformasiyası sıçrayır və ya titrəmə verir.
Həll yolu:
Şüşəni və şüşətəmizləyicinin ucunu təmizləyin, təsiri olmadıqda, yeni şüşətəmizləyiciləri quraşdırın.
LƏKƏ BURAXMA/LAYLILIQ
/
Problem:
Təmizlənmədən sonra şüşənin üzərində ləkələr qalır, çünki təmizləyicinin və ya rezinin ucu deformasiyaya uğrayıb və ya aşınıb.
Həll yolu:
Yeni şüşətəmizləyicilər quraşdırılmalıdır.